Digər

İran milli fəalın cəzasını daha da artırdı

17 Jun 2026, 11:21 28 baxış
İran milli fəalın cəzasını daha da artırdı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Salar Tahir Əfşar daha 1 il müddətinə həbs cəzasına məhkum edilib.


Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.


Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinin hakimi milli fəalı edama məhkum edilmiş siyasi məhbuslara dəstək verdiyinə görə cəzalandırıb.


Onun həbsdən sonra ölkədən çıxışına qoyulan 1 illik qadağanın da müddəti də 2 ilə qaldırılıb.


Qeyd edək ki, Salar Tahir Əfşar bundan əvvəl "milli təhlükəsizliyə qarşı fəaliyyət"də, "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq"da günahlandırılaraq 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər