Kriminal

Ağdərədə "Niva" aşdı: Xəsarət alanlar var

17 Jun 2026, 09:56 11 baxış
Ağdərədə "Niva" aşdı: Xəsarət alanlar var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər