Digər
Ukraynada sülh üçün real şans yaranıb - Merz
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Onun sözlərinə görə, G7 sammitinin iştirakçıları Ukrayna böhranını müzakirə ediblər:
"Yenilik odur ki, bütün G7 tərəfdaşları vəziyyətin qiymətləndirilməsində həmfikirdir. Məncə, bu, çox yaxşı xəbərdir”.
Merz hesab edir ki, Ukraynada ilk dəfə olaraq sülh şansı açılır.
Kansler həmçinin Kiyevi dəstəkləməyə davam etmək və Rusiyaya təzyiqi artırmaq niyyətində olduğunu bildirib.
Mənbə
axar.az