Dünya

Bir səs fərqi ilə həlledici qərar: Senat Trampa yaşıl işıq yandırdı

17 Jun 2026, 01:36 2 baxış
Bir səs fərqi ilə həlledici qərar: Senat Trampa yaşıl işıq yandırdı
ABŞ Senatı Prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni bloklayıb. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" səsvermənin nəticələrinə istinadən məlumat yayıb. Səsvermənin yekunlarına əsasən, 48 senator qətnamənin Senatın Beynəlxalq Münasibətlər Komitəsindən çıxarılaraq ümumi müzakirə və səsverməyə təqdim edilməsi təşəbbüsünün əleyhinə, 47 senator isə lehinə səs verib. Məlumata görə, Men ştatını təmsil edən Syuzan Kollinz, Luiziana ştatından Bill Kessidi, Alyaska ştatından Liza Murkovski və Kentukki ştatından Rend Pol olmaqla dörd respublikaçı senator qətnaməni dəstəkləyən demokratların mövqeyinə qoşulub. Pensilvaniya ştatını təmsil edən senator Con Fetterman isə sənədin əleyhinə səs verən yeganə demo01krat olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər