Digər

Müəlliməsi Putinə məsləhət verdi: Özünə sübut etməyə çalış...

17 Jun 2026, 01:16 1 baxış
Müəlliməsi Putinə məsləhət verdi: Özünə sübut etməyə çalış...

Rusiya Prezidenti Vladimir Putinin ilk məktəb müəlliməsi Vera Qureviç dövlət başçısına xalqla daha yaxın olmağı tövsiyə edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, o, bu arzularını RT telekanalına verdiyi müsahibədə səsləndirib.


"Xalqın yanında ol, onların ehtiyaclarını hiss et, sənə veriləcək sualları dinlə. Əgər bir insanla söhbət zamanı nəsə öyrənsən, bunu nəzərə al və boş vaxtlarında həmin məsələlər üzərində düşün: razısan, yoxsa yox. Əgər onlarla razı deyilsənsə, özünə sübut etməyə çalış ki, niyə belədir", - deyə Qureviç bildirib.


Pedaqoq həmçinin Putinə düşündüyü kimi danışmağı məsləhət görüb.


Daha əvvəl Qureviç deyib ki, məktəb illərində Rusiya prezidenti qapalı xarakterli lider olub. Onun xatirələrinə görə, Putin məktəbdə rəhbər vəzifələrə seçilmək üçün heç vaxt öz namizədliyini irəli sürməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər