Digər
Fransa və Ukrayna əməkdaşlıq müqaviləsi imzaladı
Fransanın Müdafiə İnnovasiyası Agentliyi və Ukraynanın müdafiə innovasiya mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
"Tərəfdaşlıq müqaviləsi Ukrayna və Fransa silahlı qüvvələrinin xeyrinə birgə innovativ texnoloji həllərin təşviqi və inkişaf etdirilməsini hədəfləyir", - deyə bildirilib.
Agentlik bu müqavilə çərçivəsində hazırlanacaq məhsullar barədə ətraflı məlumat verməyib.
Mənbə
axar.az