Dünya
Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı: Heyət üzvləri həlak oldular - VİDEO
Ukraynaya məxsus "Su-24M" bombardmançı təyyarəsi qəzaya uğrayıb. Heyət üzvləri həlak olublar. Oxu.Az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin "Telegram" kanalına istinadən xəbər verir. "İyunun 16-da, saat 19 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Petro Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus "Su-24M" cəbhə bombardmançısı qəzaya uğrayıb", - deyə məlumatda bildirilir. Təyyarənin pilotu - mayor Boqdan Zaqarulko və şturmanı - baş leytenant Aleksandr Babenko Xmelnitski vilayətində tapşırıq yerinə yetirirmişlər. Aviasiya qəzası nəticəsində hər iki hərbçi həlak olub. İlkin məlumata görə, mülki şəxslər arasında xəsarət alan yoxdur. "Qəzanın səbəbləri və şəraiti araşdırılır", - deyə Hərbi Hava Qüvvələrindən qeyd ediblər. İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır.
Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər. Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar. "Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.

Mənbə
oxu.az