Digər
Putin Kazanda Hakan Fidanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada səfərdədir və o, Prezidentlə görüşmək xahişi ilə müraciət edib. Bu xahiş yerinə yetirilib və Vladimir Putin sabah axşam Türkiyənin xarici işlər nazirini qəbul edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, H.Fidan rusiyalı həmkarı Sergey Lavrov və Putinin köməkçiləri ilə görüşlər keçirib.
Mənbə
axar.az