Kriminal

Ordubadda qəza: 11 kənd qazsız qaldı

16 Jun 2026, 22:25 2 baxış
Ordubadda qəza: 11 kənd qazsız qaldı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.


Axar.az-ın Report-a istinadən məlumatına görə, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.


Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Mənbə axar.az

Oxşar Xəbərlər