Dünya
G7 sammitində diqqətçəkən an: Meloninin sözləri alqışlarla qarşılandı - VİDEO
İtaliyanın Baş naziri Corica Meloni Fransada keçirilən "Böyük yeddilik" (G7) sammiti çərçivəsində həmkarlarına bir ay əvvəl siqareti tərgitdiyini açıqlayıb. Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, Meloni digər liderlərlə söhbət zamanı qəhvə içmək istədiyini bildirib.
Buna cavab olaraq Almaniya kansleri Fridrix Merts zarafatla ondan siqaret də istəyib-istəmədiyini soruşub. "Xeyr, mən siqareti tərgitmişəm", - deyə Meloni cavab verib. Bu sözlərdən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Əhsən!" deyərək ona dəstəyini ifadə edib. Digər siyasətçilər tərəfindən də alqış və təqdir səsləri eşidilib. Xatırladaq ki, 2025-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Qəzza ilə bağlı keçirilən sammit zamanı Meloniyə siqareti tərgitməyi tövsiyə etmişdi. "Əla görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm", - deyə Ərdoğan İtaliyanın baş nazirinə müraciət etmişdi. Meloni isə zərərli vərdişdən qurtulmalı olduğunu bildiyini söyləmişdi. Həmin söhbətin şahidi olan Fransa Prezidenti Emmanuel Makron isə zarafatla Meloninin siqaretdən imtina etməsinin "mümkün olmadığını" demişdi.

Mənbə
oxu.az
Oxşar Xəbərlər