Digər

Paşinyandan etiraf: Artıq bunu gizlətmək istəmirəm!

16 Jun 2026, 21:28 1 baxış
Paşinyandan etiraf: Artıq bunu gizlətmək istəmirəm!

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə aparılan islahatlar və siyasi proseslər fonunda təhlükəsizliklə bağlı risklərin aradan qaldırıldığını bildirib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı danışıb.


Baş nazirin sözlərinə görə, Ermənistan ciddi mövcudluq təhdidləri ilə üz-üzə qalıb:


“Artıq bunu gizlətmək istəmirəm: “kriminal-oliqarxik sistemin köklərinin kəsilməsi” prosesi həm daxili, həm də xarici təsirlərlə müşayiət olunub və bu, müəyyən mərhələlərdə ölkənin təhlükəsizliyi üçün əlavə risklər yaradıb. Bəzi mərhələlərdə vəziyyət elə həddə çatıb ki, xarici təsirlər Ermənistan üçün “ekzistensial təhlükələr” yarada bilərdi”.


Paşinyan bildirib ki, bu risklər artıq keçmişdə qalıb və hazırda ölkə daha sabit, idarə olunan təhlükəsizlik mühitinə keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər