Dünya

Qırğızıstanda Zobel mükafatı təsis edilib

16 Jun 2026, 20:30 2 baxış
Qırğızıstanda Zobel mükafatı təsis edilib
Qırğızıstanda ilk Qum Rəssamlığı Akademiyası fəaliyyətə başlayıb. Oxu.Az "Kabar" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Zarema Abılqaziyeva məlumat verib. Onun sözlərinə görə, ən qədim incəsənət növlərindən biri hesab edilən qum rəssamlığı bundan sonra rəsmi şəkildə inkişaf etdiriləcək və bu təşəbbüs regionun mədəni həyatı üçün mühüm əhəmiyyət daşıyacaq. Akademiya fəaliyyətə başladıqdan sonra qum rəssamlığı üzrə rəssam və ustaların ilk Ümumdünya Qurultayını keçirməyi planlaşdırır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən bu sahənin tanınmış nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qurultayın əsas hadisələrindən biri Qum Rəssamları Ümumdünya Birliyinin prezidentinin seçilməsi olacaq. Bundan əlavə, Akademiya məşhur alman rəssamı Benjamin Zobelin şərəfinə adlandırılan Zobel mükafatını təsis edib. Bu mükafat qum rəssamlığı sahəsində təqdim olunan ilk beynəlxalq mükafat hesab edilir. Mükafat "Qum Rəssamlığı Həftəsi" festivalı çərçivəsində təqdim olunacaq. Bildirilir ki, festivala müxtəlif ölkələrdən 30 usta müraciət edib. Münsiflər heyətinin qərarına əsasən, onlardan altısı öz istiqamətləri üzrə çempion adına layiq görüləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər