Digər

Köçəryana qarşı cinayət işi açıla bilər

16 Jun 2026, 20:45 2 baxış
Köçəryana qarşı cinayət işi açıla bilər

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi barədə vəsatətlə Mərkəzi Seçki Komitəsinə (MSK) müraciət edib.


Axar.az xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmətinin məlumatında deyilir.


Köçəryandan başqa, deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyana qarşı cinayət işinin başlanması imkanı da nəzərdən keçirilir.


Xatırladaq ki, daha əvvəl "Zvartnots" hava limanında Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub.

Mənbə axar.az

Oxşar Xəbərlər