Dünya

Tramp Ağ Evə hücum cəhdi ilə bağlı iddialara münasibət bildirdi - VİDEO

16 Jun 2026, 17:58 13 baxış
Tramp Ağ Evə hücum cəhdi ilə bağlı iddialara münasibət bildirdi - VİDEO
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qarşı planlaşdırılmış hücum cəhdi barədə məlumatsız olduğunu açıqlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
"Xeyr, mən bu barədə heç nə eşitməmişəm. Mənim şahidi olduğum hücum yalnız UFC döyüşçülərinin iştirakı ilə olub", - deyə Tramp mətbuat nümayəndələrinin gülüşü fonunda əlavə edib. "Fox News" telekanalının daha əvvəl yaydığı məlumata görə, ABŞ-nin hüquq-mühafizə orqanları iyunun 15-nə keçən gecə Ağ Evin ərazisində baş tutan UFC turnirinə hücum cəhdinin qarşısını alıb. Qəsdlə əlaqəsi olan 5 nəfərin həbs edildiyi, ümumilikdə isə 23 nəfərin bu işdə əlbir olduğu bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər