İqtisadiyyat
SOCAR prezidenti IPA şirkətinin rəhbəri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Independent Project Analysis, Inc." (IPA) şirkətinin prezidenti və baş icraçı direktoru Nekxil Mişra ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi, investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Mənbə
oxu.az