Dünya

Kayseridə ard-arda zəlzələlər: Çox sayda yeraltı təkan qeydə alındı

16 Jun 2026, 11:28 11 baxış
Kayseridə ard-arda zəlzələlər: Çox sayda yeraltı təkan qeydə alındı
Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda gecə saatlarından etibarən ard-arda zəlzələlər qeydə alınıb. Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, şəhərdə ümumilikdə 62 zəlzələ baş verib. Qeyd edilib ki, yeraltı təkanların ən zəifi 0.8 bal gücündə, ən güclüsü isə 3.9 bal gücündə olub. Zəlzələlər zamanı hər hansı mənfi hal baş verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər