İqtisadiyyat
Dünya bazarında neft UCUZLAŞIR
Yaxın Şərqdəki münaqişənin sona çatacağı barədə məlumatların yayılması fonunda neftin ucuzlaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:09-da Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.39 dollar (0.47%) ucuzlaşaraq bir barel üçün 82.78 dollara ticarət olunub. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 4.16 dollar (4.76%) azalaraq bir barel üçün 83.17 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.17 dollar (0.21%) azalaraq bir barel üçün 80.58 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 4.13 dollar (4.87%) ucuzlaşaraq bir barel üçün 80.75 dollara satılmışdı.
Mənbə
oxu.az