Dünya
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
İyunun 16-da Böyük Britaniya Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri hədəf alacaq yeni sanksiyalar paketini açıqlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin ofisinin Fransanın Evian şəhərində keçirilən G7 sammitinin açılışı ərəfəsində yaydığı bəyanatda bildirilir. Sənədə əsasən, London Rusiya ilə əlaqəsi olduğu ehtimal edilən 600-ə yaxın gəmini qara siyahıya daxil edəcək. Bundan əlavə, Britaniya hökumətinin məlumatına görə, Rusiya ordusunun ehtiyacları üçün Qərb texnologiyalarının alınmasında iştirak edən şirkətlər də məhdudiyyətlərlə üzləşəcək. Həmçinin rəsmi London Moskvaya maliyyə xidmətləri göstərən bəzi üçüncü ölkə tədarükçülərinə təzyiqləri artırmağı planlaşdırır. Xatırladaq ki, bir gün əvvəl Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək, dost ölkələrdən olanlar da daxil olmaqla 80-dən çox fiziki şəxs və təşkilatı qara siyahıya salıb. Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynadakı xüsusi əməliyyatın bütün iştirakçılarının Avropa İttifaqına girişinə qadağa qoyulmasını təklif edib.
Mənbə
oxu.az