İqtisadiyyat
Nazir müavini: "Azərbaycan son beş ildə təhsilə 2 milyard dollar ayırıb"
"Gənclər sosial xərc deyil, strateji investisiyadır. Azərbaycan son beş ildə təhsil sahəsinə təxminən 2 milyard ABŞ dolları ayırıb". Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan "Sərhədsiz Gənclər: Birgə Regional Rifahın Təşviqi" tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 70 minə yaxın gəncə müxtəlif təhsil və maliyyə dəstəyi proqramları vasitəsilə yardım göstərilib: "Gənclərin potensialının reallaşdırılması üçün onların daha böyük bazarlara, mobillik imkanlarına və regional əməkdaşlıq platformalarına çıxışı təmin edilməlidir. İnkişaf yalnız layihələrin deyil, insanların maliyyələşdirilməsindən keçir".

Mənbə
oxu.az