Dünya
İndoneziyada güclü zəlzələ oldu - VİDEO
İndoneziya sahillərində 6.7 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təqribən 282 min əhalisi olan Palu şəhərindən (Sulavesi adası) 46 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə açıqlama verilməyib, sunami təhlükəsi elan edilməyib.

Mənbə
oxu.az