Dünya
Zelenski Trampla müzakirələr aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiya lideri Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüşün keçirilməsi məsələsini müzakirə edib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün "Telegram" kanalında paylaşım edib. "Əgər Rusiya bu formatdan da imtina edərsə, əlavə təzyiq rıçaqlarına ehtiyac yaranacaq", - deyə o qeyd edib. Zelenski Ağ Ev rəhbərinin belə bir üçtərəfli görüşə razılıq verib-vermədiyini dəqiqləşdirməyib. Daha əvvəl məlum olmuşdu ki, Zelenski rusiyalı oliqarx Roman Abramoviçlə görüşü zamanı Donbasla bağlı mümkün ərazi güzəştlərini rədd edib. Zelenski, həmçinin Abramoviç vasitəsilə Rusiya prezidentinə ismarış göndərib.
Mənbə
oxu.az