Dünya
Aİ və Ukrayna rəsmən üzvlük danışıqlarına başlayıblar
Avropa İttifaqı (Aİ) və Ukrayna Lüksemburqda keçirilən hökumətlərarası konfransda rəsmi olaraq üzvlük danışıqlarına başlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta "X" sosial şəbəkə hesabında bildirib. "Bu gün biz Ukraynanın Aİ-dəki gələcəyinə doğru tarixi bir addım atır və onun üzvlüyü ilə bağlı rəsmi danışıqları açırıq", - o yazıb. Ukrayna iyunun 15-də beş fəsli - ədliyyə, azadlıq və təhlükəsizlik; hüquqi və fundamental hüquqlar; maliyyə nəzarəti; dövlət satınalmaları; statistika fəsillərini əhatə edən fundamental müddəalar danışıqlar klasterini açıb. Namizəd ölkələr bütün bu bölmələr üzrə öz qanunvericiliklərini Aİ normalarına tam uyğunlaşdırmalıdırlar.
Mənbə
oxu.az