Kriminal

Şirvanda maskalı şəxs 32 yaşlı kişini bıçaqlayıb

16 Jun 2026, 01:48 2 baxış
Şirvanda maskalı şəxs 32 yaşlı kişini bıçaqlayıb
Şirvanda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Bakı şəhərinin Səbail rayon sakini, 1994-cü il təvəllüdlü Rza Mərifət oğlu Ağasəlimli qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb. R.Ağasəlimli bildirib ki, ona maskalı bir şəxs hücum edərək bıçaqla xəsarət yetirib. O, hadisəni törədən şəxsin xalası oğlu ola biləcəyini ehtimal etdiyini qeyd edib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər