Dünya
"SpaceX" səhmlərinin satışından rekord məbləğ əldə edib
Amerikalı sahibkar İlon Maskın "SpaceX" şirkəti ilkin kütləvi təklif (IPO) çərçivəsində ümumilikdə 85.7 milyard dollar cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. Yekun məbləğin artması səhmlərin yerləşdirilməsi zamanı "greenshoe" (əlavə emissiya) opsionunun reallaşdırılması hesabına baş verib. Şirkət ilkin olaraq hər qiymətli kağızı 135 dollardan yerləşdirməklə 75 milyard dollar cəlb etməyi planlaşdırırdı. Lakin yüksək tələb əlavə olaraq 83.3 milyon səhm satmaq imkanı verib ki, bu da sövdələşmənin məbləğini təxminən 11 milyard dollar artırıb. Şirkətin IPO-su dünya tarixində ən böyük ilkin kütləvi təklif olub.
Mənbə
oxu.az