Dünya

ABŞ, Fransa, Yunanıstan və Ermənistan birgə hərbi təlimlər keçirəcəklər

15 Jun 2026, 23:16 2 baxış
ABŞ, Fransa, Yunanıstan və Ermənistan birgə hərbi təlimlər keçirəcəklər
Ermənistanda iyunun 17-dən 25-dək Ermənistan, ABŞ, Fransa və Yunanıstan hərbçilərinin "Eagle Partner-2026" birgə təlimləri keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məşqlərdə Ermənistan ordusunun sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının, həmçinin Kanzas ştatının Milli Qvardiyasının, Fransa Silahlı Qüvvələrinin və Yunanıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edəcəklər. TASS-ın məlumatına görə, təlimlərə Ermənistan tərəfindən 250 nəfər cəlb olunub. Qeyd olunub ki, bu tərkibdə təlimlər hələ heç vaxt keçirilməyib. ABŞ və Ermənistan ilk dəfə "Eagle Partner" təlimlərini Ermənistan ərazisində 2023-cü ilin sentyabrında keçiriblər. Sonuncu dəfə isə bu təlimlər 2025-ci ilin avqustunda baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər