Kriminal

Ağdamda 50 yaşlı kişi arı sancmasından sonra xəstəxanaya yerləşdirildi

15 Jun 2026, 21:48 2 baxış
Ağdamda 50 yaşlı kişi arı sancmasından sonra xəstəxanaya yerləşdirildi
Ağdam rayonunda arı sancması nəticəsində bədbəxt hadisə baş verib. 50 yaşlı kişi şok vəziyyətinə düşüb. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov saxladığı arılara qulluq edən zaman onu arı sancıb. Nəticədə Y.Əhmədov şok vəziyyətinə düşüb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ağdamda 50 yaşlı kişi arı sancmasından sonra xəstəxanaya yerləşdirildi
Mənbə oxu.az

Oxşar Xəbərlər