Dünya

Braziliyada basketbolçuları aparan avtobus aşıb: Ölənlər var

15 Jun 2026, 20:42 1 baxış
Braziliyada basketbolçuları aparan avtobus aşıb: Ölənlər var
Braziliyanın Seara ştatında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qələbə qazandıqları yarışdan qayıdan basketbol komandasını daşıyan avtobus aşıb. Oxu.Az bu barədə Aif.ru saytına istinadən xəbər verir. Avtobusun içində təxminən 40 nəfər olub. Qəza nəticəsində yeddi oyunçu həlak olub. Daha 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq təcili olaraq xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər