Dünya

Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? - Ağ Evdən rəsmi açıqlama

15 Jun 2026, 20:00 2 baxış
Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? - Ağ Evdən rəsmi açıqlama
İran və ABŞ nümayəndələri iyunun 14-də hərbi əməliyyatların dayandırılması haqqında memorandumu elektron formada imzalayıblar. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "ABC News" telekanalına müsahibəsində sazişin İranın aktivlərinin dondurulmasının ləğvini nəzərdə tutub-tutmadığı barədə sualı cavablandırarkən bildirib. "Biz artıq dünən müqaviləni elektron formada imzaladıq və İranın heç bir pulunun dondurulması ləğv edilməyib", - deyə Vens qeyd edib. O əlavə edib ki, ABŞ müqavilənin tam mətnini bu həftə dərc edəcək. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla razılığın əldə olunduğunu bəyan edib.
Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? - Ağ Evdən rəsmi açıqlama
Mənbə oxu.az

Oxşar Xəbərlər