Dünya

Dünən ad günü olan "Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi

15 Jun 2026, 17:26 2 baxış
Dünən ad günü olan "Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi
"Kızılcık şerbeti" serialında "İşıl" obrazını canlandıran məşhur aktrisa Ece İrtem vəfat edib. Oxu.Az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə aktrisanın vəkili Uğur Gökkoyun məlumat yayıb. "Ece İrtem bu gün saat 12:00 radələrində dünyasını dəyişib. Hadisə o, öz evində, anası ilə birlikdə olarkən baş verib. İlkin ehtimallara görə, ölümə səbəb miokard infarkt göstərilir. İstintaq prosesi davam edir. Dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. Ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm", - deyə o bildirib. Bildirilib ki, aktrisa ötən gün, iyunun 14-də 35 yaşını qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər