Dünya

İran millisinin kapitanı etiraz etdi: Jurnalistlərin sualları futbolçunu niyə əsəbləşdirdi?

15 Jun 2026, 16:51 11 baxış
İran millisinin kapitanı etiraz etdi: Jurnalistlərin sualları futbolçunu niyə əsəbləşdirdi?
İran milli komandasının kapitanı Mehdi Taremi dünya çempionatının qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçiriləcək ilk matçdan öncə təşkil edilən mətbuat konfransında media nümayəndələrinin ona yalnız siyasi xarakterli suallar ünvanladığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Heç kim mənə futbolla bağlı sual vermədi. Halbuki sabah bizi Yeni Zelandiya kimi əla bir komanda ilə oyun gözləyir. Bunun çox yaxşı bir qarşılaşma olacağına böyük ümid bəsləyirəm. Siyasətə gəldikdə isə, siyasi mətbuat konfransları üçün jurnalistlər başqa şəhərlərə yollanmalıdırlar. Yeni Zelandiyaya böyük hörmətimiz var və oyunun uğurlu keçməsini arzulayırıq", - deyə Taremi vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər