Cəmiyyət
Yağış və sel Daşkəsəndə infrastruktura ziyan vurub: Bərpa işləri görülür - VİDEO
Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində çökən Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu nəzarətə götürülüb. Bununla bağlı Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, sözügedən yolda suötürücü borunu sel suları yuyaraq dağıdıb: "Suötürücüsünün bərpası istiqamətində iş aparılır. Qısa müddətdə həmin hissə üzrə hərəkət bərpa olunacaq. Hazırda nəqliyyat vasitələri Daşkəsən-Xoşbulaq yoluna yönəldilib, oradan hərəkət axını təmin olunur". Xatırladaq ki, hadisə iyunun 14-ü qeydə alınıb.

Mənbə
oxu.az