Dünya

CAR-da 150 əqrəbi ölkədən çıxarmağa cəhd edən şəxs həbs edildi

15 Jun 2026, 07:02 3 baxış
CAR-da 150 əqrəbi ölkədən çıxarmağa cəhd edən şəxs həbs edildi
Cənubi Afrika Respublikasının Keyptaun beynəlxalq hava limanında 150 əqrəbi ölkədən çıxarmağa cəhd edən şəxs saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə SABC radiosu məlumat yayıb. Əqrəblər təhvil verilmiş baqajda plastik paketlərin içində geyimlərin arasında gizlədilib. Polisə bağlı xüsusi bölmə əvvəlcədən bu cəhd barədə məlumat alıb. 28 yaşlı qaçaqmalçı həbs edilib. O, vəhşi heyvanların qanunsuz saxlanılması və onların qeyri-qanuni daşınması ittihamları ilə məhkəməyə çıxarılacaq. Şəxsin hansı ölkəyə uçmaq istədiyi açıqlanmır. Həmçinin müsadirə edilən əqrəblərin növü də dəqiqləşdirilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər