Cəmiyyət

Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək - Qanun nə deyir? - VİDEO

15 Jun 2026, 05:00 4 baxış
Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək - Qanun nə deyir? - VİDEO
Azərbaycanda bəzi şəxslərin kredit götürərkən ehtiyat etdikləri məsələ onun faizləri ilə bağlıdır. Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu kredit faizlərinə aiddir. Kimlərin faizini dövlət ödəyəcək?
Yeni qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək. Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib. Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər - pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər