Dünya
Türkiyədə çimərlikdə pilotsuz uçuş aparatı aşkarlanıb
Türkiyənin Bartın və Kastamonu vilayətləri arasında, Qara dəniz sahilində yerləşən Kapısuyu çimərliyində döyüş təchizatlı pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Oxu.Az İHA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyi boşaldıblar. PUA-nın aşkarlandığı ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə pilotsuz uçuş aparatının araşdırılması və mümkün nəticələrin aradan qaldırılması üçün istehkamçılar çağırılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az