Dünya

KİV: Robert Koçaryanın Ermənistandan çıxışı qadağan edilib

15 Jun 2026, 01:00 3 baxış
KİV: Robert Koçaryanın Ermənistandan çıxışı qadağan edilib
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ölkədən çıxışı qadağan edilib. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun ofisinin rəhbəri Baqrat Mikoyan bildirib. Onun sözlərinə görə, Koçaryana "Zvartnots" hava limanında səbəb izah edilmədən Ermənistan ərazisini tərk etməyə icazə verilməyib. Bundan əvvəl sabiq dövlət başçısının ofisi onun əvvəlcədən planlaşdırılmış və şəxsi xarakter daşıyan üçgünlük xarici səfərə çıxacağını açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər