Dünya
Putin Trampa zəng etdi: Bir saata yaxın nələri müzakirə etdilər?
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu gün telefon danışığı aparıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbət 55 dəqiqə davam edib. Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Danışıq zamanı liderlər ikitərəfli münasibətlər və beynəlxalq vəziyyəti müzakirə ediblər. Tramp Ukraynada hərbi əməliyyatların dayandırılmasının vacibliyini bir daha vurğulayıb. Putin isə Trampın həyat yoldaşı Melaniya Trampın rusiyalı və ukraynalı uşaqlarının ailələrinə qaytarılması prosesində rolunu yüksək qiymətləndirib. Rusiya prezidenti, həmçinin Trampa 2018-ci ildə Rusiyanın bu sahədə əldə etdiyi uğuru nəzərə alaraq futbol üzrə dünya çempionatının keçirilməsində uğurlar arzulayıb. Tramp söhbət zamanı ABŞ-nin İranla razılaşmasının yaxın olduğunu və bunun bu gün açıqlana biləcəyini də qeyd edib.
Mənbə
oxu.az