İqtisadiyyat
Azərbaycanda iqtisadi artım və qeyri-neft sektorunun inkişaf perspektivləri - VİDEO
İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziya və AZƏRTAC-a müsahibəsində bildirib ki, 2026-cı ilin ilk dörd ayında artım templərinin gözləntilərdən bir qədər aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin icra vaxtlarının dəyişdirilməsi ilə bağlıdır. Nazirin sözlərinə görə, icra edilməsi planlaşdırılan bir sıra dövlət investisiyaları üzrə tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcək.
Bu səbəbdən tikinti sektorunda kəskin azalma müşahidə edilir və bu, daha çox özəl deyil, dövlət tikinti layihələri ilə bağlıdır. Bəs ümumiyyətlə, Azərbaycanda iqtisadi artıma ən çox təsir edən sahələr hansılardır? İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, dövlətin son 10 ildə həyata keçirdiyi əsas siyasət qeyri-neft sektorunun inkişafına yönəlib: "Göstəricilərə baxdıqda görürük ki, qeyri-neft sektorunda müəyyən irəliləyişlər var - həm qeyri-neft sənayesində, həm də informasiya, rabitə və texnologiya sahəsində. Lakin iqtisadiyyatın daha dinamik artımı üçün özəl sektorun sürətli inkişafı vacibdir. İxrac, xüsusilə, qeyri-neft ixracı daha sürətlə artmalı, əhalinin xərcləmələri yüksəlməlidir. Yəni ölkə əvvəlki modeldə - neft gəlirlərinin xərclənməsi hesabına iqtisadi artımı müəyyən müddət təmin edə bilər. Amma bu yanaşma davamlı deyil. Hətta 10 il ərzində belə artımın bu modelə əsaslanması mümkündür, lakin bu, dövlətin valyuta ehtiyatlarının sürətlə azalmasına səbəb ola bilər". Ekspertin fikrincə, valyuta ehtiyatları hesabına iqtisadi artım dayanıqlı deyil və müvəqqəti xarakter daşıyır. Bu baxımdan dövlət büdcəsi xərclərində intizamın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması daha dayanıqlı iqtisadi artım mənbələri yaradır. Nəticədə isə bu keçid dövrü qısamüddətli aşağı artım templərinə səbəb ola bilər.

Mənbə
oxu.az