Dünya

İsveçrədə əhalinin sayının məhdudlaşdırılması üzrə referendumun nəticələri bilindi

14 Jun 2026, 16:36 1 baxış
İsveçrədə əhalinin sayının məhdudlaşdırılması üzrə referendumun nəticələri bilindi
İsveçrədə bazar günü keçirilən referendumda ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif rədd edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, seçicilərin 55 faizi təklifin əleyhinə, 45 faizi isə lehinə səs verib. Təklif sağçı və antiimmiqrasiya yönümlü qruplar tərəfindən irəli sürülmüşdü. Onlar hesab edirdilər ki, İsveçrə əhalisinin sürətlə artması ölkədə sıxlığın yüksəlməsinə səbəb olur və mövcud resurslar üzərində əlavə təzyiq yaradır. Lakin iri biznes qurumları, hökumət və parlamentin əksəriyyəti bu təşəbbüsə qarşı çıxıblar. Onlar xəbərdarlıq edirdilər ki, əhalinin sayına məhdudiyyət qoyulması ölkənin iqtisadi inkişafına və rifah səviyyəsinə mənfi təsir göstərə bilər. Şirkətlər isə bildirirdilər ki, belə bir qərarın qəbul edilməsi onları xarici işçi qüvvəsinə çıxış imkanlarından məhrum edəcək və əmək bazarında ciddi problemlər yarada bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər