Dünya

SAXAL "Hizbullah"ın obyektərinə zərbələr endirib

14 Jun 2026, 15:48 2 baxış
SAXAL "Hizbullah"ın obyektərinə zərbələr endirib
İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisindən İsrailə açılan atəşə cavab olaraq Beyrutun cənub ətrafı hesab edilən Dahiyə bölgəsində "Hizbullah"a məxsus obyektlərə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb. "Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, SAXAL Livan tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiyə rayonunda "Hizbullah"ın terror hədəflərinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub. Netanyahunun dəftərxanası vurğulayıb ki, İsrail öz ərazisinin atəşə tutulmasına dözməyəcək və bu cür hücumlara cavab verməkdə davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər