Siyasət

Azərbaycanla ABŞ arasında TRIPP layihəsinin icrası müzakirə edilib

13 Jun 2026, 18:24 2 baxış
Azərbaycanla ABŞ arasında TRIPP layihəsinin icrası müzakirə edilib
İyunun 13-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Bleklə görüşüb. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı Azərbaycan-ABŞ çoxşaxəli əməkdaşlığının inkişaf perspektivləri, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda əhəmiyyətli rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, həmin görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib. Bu çərçivədə iqtisadiyyat, enerji, nəqliyyat bağlantıları və yüksək texnologiyalar, habelə təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qeyd edilib. Bu çərçivədə görülən işlər müzakirə edilib. Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icrası məsələləri nəzərdən keçirilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
{{gallery}}
Azərbaycanla ABŞ arasında TRIPP layihəsinin icrası müzakirə edilib Azərbaycanla ABŞ arasında TRIPP layihəsinin icrası müzakirə edilib
Mənbə oxu.az

Oxşar Xəbərlər