İdman

Millimiz Rumıniyaya uduzdu

12 Jun 2026, 23:53 2 baxış
Millimiz Rumıniyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında növbəti matçına çıxıb.


Axar.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu yığma Rumıniya ilə qarşılaşıb.


Rumıniyanın Mioveni şəhərində keçirilən görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Setlərdə 25:23, 25:12 və 25:7 hesabları qeydə alınıb.


Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər