İdman
"Karvan-Yevlax" gənc oyunçusu ilə yollarını ayırdı - FOTO
"Karvan-Yevlax" klubu futbolçusu Samuel Durrantla yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı vingerin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Xatırladaq ki, Durrant 2025/2026 mövsümünün əvvəlində Yevlax klubuna keçmişdi. 24 yaşlı futbolçu başa çatan mövsümdə komandanın heyətində 28 oyuna çıxıb və 1 qol vurub.
Mənbə
oxu.az