Cəmiyyət
Bakıda işıqforun qarşısını ağac budaqları kəsib: Təhlükə yaradan vəziyyət - VİDEO
Bakının Nərimanov rayonunda işıqforun görünməsinin ağac budaqları ilə məhdudlaşması sürücülərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, problem rayonun Fətəli xan Xoyski küçəsində müşahidə olunur. Yol kənarında yerləşən ağacların budaqları işıqforun qarşısını qismən kəsdiyindən sürücülər siqnalları vaxtında görməkdə çətinlik çəkirlər. Sakinlər və sürücülər qeyd edirlər ki, mövcud vəziyyət xüsusilə hərəkətin intensiv olduğu saatlarda təhlükə yaradır və yol-nəqliyyat hadisəsi riskini artırır. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Mənbə
oxu.az