İdman
Murad Məmmədovun "Pafos"dakı forma nömrəsi bəlli oldu
Karyerasını Kiprin "Pafos" klubunda davam etdirəcək azərbaycanlı futbolçu Murad Məmmədovun yeni komandasındakı forma nömrəsi bəlli olub. Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Məmmədov 47 nömrəli idman geyimində çıxış edəcək. Gənc futbolçu bu seçimi özü edib. Rəhbərlik isə onun bu istəyini geri çevirməyib. Xatırladaq ki, tərəflər arasında 3+1 illik müqavilə bağlanıb.
Mənbə
oxu.az