Cəmiyyət

Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

12 Jun 2026, 11:16 6 baxış
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
İyunun 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər