Cəmiyyət

Novxanı və Xırdalanın bir hissəsində qaz kəsilib

12 Jun 2026, 10:40 18 baxış
Novxanı və Xırdalanın bir hissəsində qaz kəsilib
Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb. Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər