İqtisadiyyat

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

12 Jun 2026, 10:56 19 baxış
Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI
Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat verib. Londonun ICE birjasında avqust ayında tədarük ediləcək "Brent" markalı neftin füçersləri aprelin 17-dən bəri ilk dəfə olaraq bir barel üçün 89 dollardan aşağı düşüb. Məlumata görə, "Brent" markalı neft 4.77% ucuzlaşaraq bir barel üçün 88.66 dollar olub. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 4.63 % azalaraq bir barel üçün 85.86 dollara satılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər