Cəmiyyət
26 yaşlı oğlan kafedə qətlə yetirildi
Şəmkirdə qətl hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Araşdıma zamanı məlum olub ki, S.Tağıyevi aralarında baş verən mübahisə zamanı həmyerlisi 1998-ci il təvəllüdlü F.Həsənovu bıçaqla vurub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə S.Tağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən F.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə
axar.az