İdman

DÇ-2026 davam edir: Kanada Bosniyaya, ABŞ Paraqvaya qarşı!

12 Jun 2026, 09:00 12 baxış
DÇ-2026 davam edir: Kanada Bosniyaya, ABŞ Paraqvaya qarşı!
Futbol üzrə dünya çempionatında həyəcan bütün sürəti ilə davam edir. Oxu.Az-ın məlumatına əsasən, qrup mərhələsinin birinci turu çərçivəsində daha iki maraqlı qarşılaşmaya start veriləcək. İlk duel B qrupunda yer alan Kanada və Bosniya və Hersoqovina yığmaları arasında baş tutacaq. "Toronto" stadionunda oynanılacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Gecənin digər qarşılaşması isə iyunun 13-ü Bakı vaxtı ilə saat 05:00-da "Los-Anceles" stadionunda təşkil olunacaq. D qrupunun bu görüşündə ABŞ və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Dünya çempionatı B qrupu I tur 12 iyun 23:00. Kanada - Bosniya və Hersoqovina "Toronto" stadionu 13 iyun D qrupu 05:00. ABŞ - Paraqvay "Los-Anceles" stadionu Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər