İdman
Meksikalı futbolçu mundiallar tarixinə düşdü - VİDEO
Meksika yığmasının hücumçusu Xulian Kinyones DÇ-2026-da ilk qolun müəllifi olaraq adını mundialların tarixinə yazdırıb. Oxu.Az bu barədə "Opta Sports" portalına istinadən xəbər verir. 29 yaşlı hücumçu CAR millisinə qarşı oyunun 9-cu dəqiqəsində fərqlənib. Bununla da CONCACAF ölkəsindən olan bir futbolçu ilk dəfədir ki, dünya çempionatının ilk qoluna imza atır.
Mənbə
oxu.az